Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

İntensiv yağış yağacaq-Bakıda

 

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 5-7°, gündüz 10-13° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam