Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Paşinyan Yerevanı ələ keçirir-Video



 

Yerevanda deputat və müxalifət lideri Nikol Paşinyanın başçılıq etdiyi nümayişçilər Dövlət Tibb Kollecinin binasına daxil olub. Nümayişçilər şüarlar səsləndirərək kollecin ərazisindən keçiblər, dərs prosesi pozulub, tələbələrin bir hissəsi nümayişçilərə qoşulub.

Yenixeber.org: Bundan əvvəl isə Paşinyanın tərəfdarları Baqramyan prospekti ilə yürüş edərək Yazıçılıq İttifaqının binasına qədər gediblər. Baqramyan prospektinə çıxan yollarda nəqliyyatın hərəkəti iflic olub. Ermənistan Konstitusiya Məhkəməsinin binası önündə polis kordonu qoyulub, üzbəüz isə nümayişçilər toplaşıb.

Paşinyan və tərəfdarları Baqramyan prosepekti ilə yürüş edərkən başqa küçədə nümayişçilərlə polis arasında toqquşma olduğunu eşidərək həmin istiqamətə gediblər.

İrəvanda yaranmış vəziyyətlə bağlı olaraq Ermənistan polisi bəyanatla çıxış edərək bildirib ki, vətəndaşların həyatına, sağlamlığına və əmlakına qarşı yönəlmiş hərəkətlər qeydə alınsa nümayişçilərə müdaxilə ediləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam