Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Prokuror avtomobil qəzası törədən şəxsin barəsindəki hökmdən narazıdır

 

 

Xaçmazda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abdullayevin barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib

 

Yenixeber.org: Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək iclas martın 30-na təyin edilib.

Protest hakim Fərmayıl Zeynallının sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən il avqust ayının 24-də Xaçmaz rayonu ərazisində baş verib. O.Abdullayev etibarnamə olmadan "Daewoo Nexia" marklı 10 RL 160 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Belə ki, o, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Maşında olan sərnişin 1970-ci il təvəllüdlü İlqar Ələkbərov hadisə yerində ölüb.

İttiham aktına əsasən, O.Abdullayev sürkan arxasında olan zaman içkili olub və hadisə yerindən qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev məhkəmə iclasında bildirib ki, ittihamda qeyd edilən O.Abdullayevin hadisə yerindən qaçma ittihamı sübuta yetirilməyib və həmin maddəyə bəraət verilib. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, O.Abdullayev cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində çəkməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam