Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

İranda iğtişaşlar nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb- YENİLƏNİB

 

 

Etiraz aksiyaları zamanı daha bir neçə nəfər xəsarət alıb

 İranda keçirilən etiraz aksiyalarının gedişində ölənlərin sayı 12 nəfərə çatıb.

Yenixeber.org: Bu barədə "İnterfaks" agentliyi İranın Mərkəzi Televiziyasına istinadən məlumat yayıb.

Məlumata görə, 10 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə toqquşmalarda ölüb. Daha 2 nəfər isə şənbə günü dünyasını dəyişib.


***13:25

Bazar gününə keçən gecə İranın cənub-qərbində yerləşən iki şəhərdə keçirilən etiraz aksiyaları zamanı azı 4 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi yerli hökumətə istinadən "Franc-Press" məlumat yayıb.

Bildirilir ki, Xuzestan əyalətinin İze şəhərində 2 nəfər güllələnib, bir neçə nəfər yaralanıb.

"İki nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Mən məhz kimin – asayiş keşikçilərinin, yaxud da nümayişçilərin atəş açdığını bilmirəm", - deyə yerli administrasiya nümayəndəsi bildirib.

Bundan əlavə, agentliyin məlumatına görə, daha iki nəfər Lurestan əyalətinin Dorud şəhərində ölüb. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər.

"Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb", - deyə şəhər bələdiyyə rəhbəri bildirib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam