Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Türkiyədəki qiyamın arxasında Vaşinqton dayanırdı”- ŞOK

152013_res_01

Xeberinfo.com:   Baş tutmamış qiyamdan sonra Türkiyədəki vəziyyət və hakimiyyətlə ordu arasında münasibətlərinh inkişafının mümkün variantları barədə virtualaz.org-a eksklüziv olaraq istefada olan kontr-admiral Soner Polat danışıb.
O bildirib ki, bu qiyam Türkiyənin ytarixinə qara ləkə kimi daxil olacaq. «Hesab edirəm ki, çevriliş cəhdinin arxasında xarici qüvvələr, ilk növbədə ABŞ durur. Mən keçmiş hərbçiyəm və öz həmkarlarımın yerinə utanc hissi keçirirəm. Onlar türk ordusunu rüsvay etdilər», – Polat deyib.

Qiyamın baş. Vermə səbəblərini izah edən Soner Polat bildirib: «İş burasındadır ki, avqustun əvvəlindəTürkiyənin Ali hərbi şurasının iclası keşçirilməli və bu iclasda qiyamda iştirak etmiş general və admiralların əksəriyyəti təqaüdə göndərilməli idi. Bunun qarşısını almaq üçün belə axmaq addım atdılar».
«Onlara elə gəlirdi ki, xalq dəstək verəcək, lakin əksinə oldu. Tələsik bu qiyamı başlayanlar nəzərə almadılar ki, biz ayrı zəmanədə yaşayırıq və Adnan Menderesin, Nəcməddin Ərbakanın dövrü artıq çox geridə qalıb», – kontr-admiral deyib.

Türkiyədə dünyəviliyin təhlükə altına düşmə ehtimalı barədə danışan müsahibimiz deyib:«Türkiyə dərin dünyəvi dayaqları olan ölkədir. Heç bir türk ölkəsinin iranlaşmasına razı olmaz, o cümlədən də Ərdoğanın tərəfdarları».
Qiyamda Rusiyanın rolunu şərh edən Soner Polat qeyd edib: «Bütün bu baş verənlər Ankaranın Moskva ilə münasibətləri yoluna qoymağöa başladığı vaxta təsadüf etdi. Görünür, Vaşinqtonda bizim ölkələrimizin yaxınlaşması kiminsə ürəyincə olmayıb və araya qarışıqlıq salmaq istəyib. Mənim Amerika rəhbərliyinə sualım var: nəyə görə onlar Güləni Türkiyəyə vermirlər? Daha hansı sübutlar lazımdır ki, onu qaytarsınlar?»

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam