Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın yeni döyüş vertolyotları Türkiyədə təşvişə səbəb oldu

Ötən gün iyunun 18-də Türkiyənin Ordu vilayətinin sakinləri Qara dəniz sahilləri boyu bir-birinin ardınca uçan 5 hərbi vertolyotu görərək bölgədə PKK-ya qarşı hərbi əməliyyatların başladığını zənn ediblər və təşvişə düşüblər. Çünki bu günlərdə Türkiyə ordusu Qara dəniz sahillərindəki Giresun və Gümüşhanə bölgələrində, habelə Ordu bölgəsi yaxınılığında PKK-ya qarşı vertolyotların dəstəyi ilə əməliyyatlar keçirir.

Xeberinfo.com:   CNN Türk-ə istinadən xəbər görə, sakinlər aşağıdan uçan vertolyotları mobil telefonlarla çəkiblər. Məlum olub ki, vertolyotlar Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsusdur və Ordu üzərindən keçərək başqa bölgələrə doğru uçur.

 

“Haber61” saytı isə bildirir ki, vertolyotların sayı 5 yox, 6 olub və onlar həmin gün Trabzon beynəlxalq aerportuna eniblər. Sayt yazır ki, Qarabağda son döyüşlərdən sonra Azərbaycan silahlı qüvvələrini daha da gücləndirir və hava qüvvələrinin inventarına yeni döyüş vertolyotları əlavə edir. Bu çərçivədə Azərbaycanın Türkiyədən 60 ədəd ATAK vertolyotu sifariş verdiyi məlumdur.  “Digər tərəfdən Azərbaycan Avropadan da vertolyotlar aldığını açıqlamışdı. Həmin vertolyotların ilk partiyası bu gün göndərilib. 6 vertolyot Trabzon hava limanında yanacaq götürdükdən sonra yenidən havaya qalxıb və Azərbaycana doğru istiqamət alıb. Vətəndaşlar vertolyotların hava limanından qalxandan sonra uçuşunu maraqla izləyib”-sayt yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam