Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Hərbi İdman Oyunları da Azərbaycanda keçirilə bilər

herb8-ci Yay Hərbi İdman Oyunları Azərbaycanda keçirilə bilər.

Xeberinfo.com:   Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti Abdul Hakeem Al-Şinonun belə bir müraciətlə çıxış etdiyi bildirilir.

Müraciət iyunun 17-də CISM-nin rəsmi nümayəndəsi Nevzat Varolla Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Natiq Əliyevin görüşündə müzakirə edilib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşdə prezident İlham Əliyevin idmanın inkişafına dəstək verdiyi, Azərbaycanın Avropa Oyunlarına, “Formula-1” yarışlarına ev sahibliyi etdiyi qeyd olunub.

N.Varol Azərbaycanın hərbçilər arasında bir neçə nüfuzlu yarışa da ev sahibliyi etdiyini yada salıb.

Ancaq görüşdə 8-ci Yay Hərbi İdman Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı hansı razılığa gəlindiyi açıqlanmır.

Bu il Azərbaycan “Formula-1” yarışıarından başqa Şahmat Olimpiadasına, gələn il isə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməlidir. Ötən il isə Bakıda I Avropa Oyunları keçirilmişdi. Müxalifət düşünür ki, bu yarışlara xərclənən pullar, iqtisadi islahatlara və əhalinin sosial problemlərini həllinə sərf edilməlidir.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam