Ukraynanın itkiləri yeniləndi -STATİSTİKA

Rusiya müharibənin 1550-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeberorg.com: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 151 504 PUA-sı, 661 zenit-raket kompleksi, 29 450 tank və digər zirehli texnikası, 1 724 reaktiv yaylım atəş sistemi, 35 058 artilleriya və minaatanı, 62 334 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.










AZ
RU