Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Yenixeberorg.com xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirib və qeyd edib ki, Özbəkistan Prezidentinin burada olması iki dövlət və xalq arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir.

Şavkat Mirziyoyevlə görüşlərini xatırladan Prezident İlham Əliyev bu görüşlər əsnasında müzakirə olunmuş layihələrin həyata keçirildiyini deyib.

Dövlət başçısı Bakıda Özbəkistan parkının inşasını da qeyd edib.

Dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi münasibətilə dövlət başçısını təbrik edib, bu tədbirin şəhərsalma mövzusuna həsr olunan mühüm qlobal məsələlərin müzakirəsinə imkan yaratdığını vurğuladı və dəvətə görə təşəkkür edib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Ölkəyə hər səfərində inkişafın şahidi olduğu deyən Özbəkistan Prezidenti Azərbaycanın Qarabağda yeni şəhərlər və kəndlər saldığını məmnunluqla vurğulayıb və bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlar kimi qiymətləndirib.

Şavkat Mirziyoyev deyib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar, Vətən müharibəsində qazanılan Qələbə Prezident İlham Əliyevin səylərinin və Vətənə, xalqa sevgisinin nəticəsidir.

Xoş sözlərə görə təşəkkür edən dövlətimizin başçısı Qarabağın bərpasında Özbəkistan Prezidentinin göstərdiyi dəstəyi qeyd edib. Bu xüsusda vurğulanıb ki, Füzulidə Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Qarabağın bərpası prosesində ilk hədiyyə olub. Prezident İlham Əliyev bunu qardaşlığın, dəstəyin və həmrəyliyin təcəssümü kimi qiymətləndirib.

Söhbət zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəyə səfərləri, həmçinin görüşləri məmnunluqla xatırlanıb.

Dövlət başçılarının verdikləri tapşırıqlara uyğun olaraq iki ölkə arasında həyata keçirilən iqtisadi layihələr bir daha nəzərdən keçirilib, onların icrasından məmnunluq ifadə olunub. Bu xüsusda energetika, mədən sənayesi, kənd təsərrüfatı, maşınqayırma sənayesi, əczaçılıq və digər sahələrdə olan layihələrə toxunulub.

İki ölkə arasında əlaqələrin strateji müttəfiqlik xarakteri daşıdığı vurğulanaraq bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam