Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Kobaxidze: Gürcüstan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salır

Gürcüstan hökuməti işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salmağa və ailələri mənzillə təmin etməyə davam edir.

Yenixebeorg.com xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan uzun illərdir müharibə və işğalın humanitar nəticələrinin aradan qaldırılması istiqamətində məcburi köçkünlərə mənzil və sosial dəstək göstərir.

“Yeni yaşayış məntəqələri salmağa və zərərçəkmiş ailələrə mənzillər verməyə davam edirik”, – deyə İrakli Kobaxidze qeyd edib.

Baş nazir bildirib ki, hökumətin mənzil siyasəti gənc ailələri, ekoloji miqrantları və dağlıq ərazilərdə yaşayan sakinləri də əhatə edir.

Onun sözlərinə görə, hədəflənmiş dövlət proqramları və innovativ maliyyə mexanizmləri vasitəsilə mənzil əlçatanlığının artırılması və ölkənin bütün regionlarında inkişaf üçün bərabər imkanların yaradılması nəzərdə tutulur.

İrakli Kobaxidze əlavə edib ki, kənd və şəhər arasındakı fərqin azaldılması Gürcüstanın davamlı inkişaf siyasətinin əsas prioritetlərindən biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam