Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib-FOTO

Ukrayna ordusu Rusiyanın Orsk və Perm şəhərlərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Yenixeberorg.com xəbər verir ki, Orsk şəhərinin meri Artyom Vorobyov hücumu təsdiqləyərək sakinləri küçəyə çıxmamağa çağırıb.

Məlumata görə, Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşən Orskda Rusiyanın ən iri neft emalı müəssisələrindən hesab olunan “Orsknefteorqsintez” zavodu dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb.

Bildirilir ki, zavod ildə təxminən 6 milyon ton neft emal edir və Rusiyanın mühüm enerji obyektlərindən biri sayılır.

Eyni zamanda, PUA-ların Rusiyanın Perm diyarına hücum etdiyi bildirilib. Perm diyarının qubernatoru Dmitri Maxoninin sözlərinə görə, bu gün Perm bələdiyyə dairəsində yerləşən sənaye sahələrindən birinə Ukraynanın pilotsuz uçuş aparatı düşüb. Belə ki, işçilər təxliyə olunub, xəsarət alan olmayıb, obyektdə isə yanğın baş verib.

O qeyd edib ki, hadisə yerində fövqəladə xidmət orqanları çalışır və regionda PUA hücumu təhlükəsi rejimi qüvvədə qalır.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə yanğının Rusiyanın “Transneft” neft kəməri şirkətinə aid obyektdə baş verdiyi iddia olunur.

Yerli sakinlər isə Perm yaxınlığındakı Başkultayevo kəndində yerləşən sənaye meydançasında güclü yanğın baş verdiyini bildiriblər. Əraziyə çox saylı yanğınsöndürmə və təcili yardım maşınlarının cəlb edildiyi qeyd olunur.

Rusiya mediasının məlumatına görə, təhlükəsizlik məqsədilə Orsk hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Həmçinin, Perm və Yekaterinburq hava limanlarında “Kovyor” planı tətbiq olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam