Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

Ukrayna Ali Radası (parlamenti) hərbi vəziyyətin qüvvədə olma müddətini 90 gün uzadıb.
Yenixeberorg.com: Bu barədə "İnterfaks-Ukrayna" xəbər verir.
Ukraynada hərbi vəziyyətin qüvvədə olma müddəti 2026-cı il mayın 4-ü saat 05:30-dan etibarən 90 sutka uzadılır.
Xatırladaq ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvədə qalma müddətinin uzadılması haqqında qanun layihəsini Ali Radaya təqdim edib.










AZ
RU