Amerikalı hərbçilərə XƏBƏRDARLIQ
İranın “Xanzala” adlı haker qrupu ABŞ-ın Fars körfəzindəki dəniz piyadalarının kimliklərini müəyyən etdiklərini bəyan edib.
Yenixeberorg.com: Bu barədə haker qrupu amerikalı hərbçilərə xəbərdarlıq edib.
“Biz birbaşa Vatsap vasitəsilə ABŞ dəniz piyadalarına mesaj göndərdik və dedik: “Kimliyinin gizli qalacağını düşünənlər bir daha düşünsün. ABŞ Hərbi Dəniz Qüvvələrinin on minlərlə əməkdaşının — əməliyyat bazalarından tutmuş istirahət fəaliyyətlərinə və xidmətdən kənar patrullara qədər — kimlikləri bizə tam məlumdur.
Biz sizinlə — əlləri Minab məktəblilərinin qanına bulaşmış terrorçularla hesablaşacağıq. Sizə məsləhət görürük ki, dərhal ailənizlə əlaqə saxlayıb vidalaşasınız”, — deyə qrup qeyd edib.










AZ
RU
