Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milli Məclisdə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub-FOTO

 

Milli Məclisdə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Yenixeber.org xəbər verir ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan-ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıq istiqamətləri və gələcək inkişaf perspektivləri barədə fikirləri ilə bölüşüb. Vurğulanıb ki, bu gün əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi tərəflərin birgə bəyanatlarında və atılan praktiki addımlarda öz aydın ifadəsini tapır.

Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri, bu əsnada aparılan danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bildirib ki, sözügedən razılaşmalar Azərbaycan ilə ABŞ arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyıb. Vurğulanıb ki, bu sənədlər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan-Ermənistan sülh gündəliyi kontekstində də xüsusi rol oynayır və regionda sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Söhbətdə "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu"nun əhəmiyyəti qeyd olunaraq bildirilib ki, Birləşmiş Ştatların dəstəyi ilə bu təşəbbüsün reallaşması Avrasiyanın nəqliyyat xəritəsini dəyişməklə yanaşı, daha geniş regionda əməkdaşlığın dərinləşməsinə də mühüm töhfə verəcək.

Görüş zamanı həmçinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanaraq, bunun ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcəyi qeyd olunub.

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri çıxış edərək son dövrlər ABŞ–Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əməkdaşlığın dərinləşdiyini və parlamentlərarası dialoqun yeni səviyyəyə çatdığını məmnunluqla vurğulayıblar. Onlar bu müsbət dinamikanın davam etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam