Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aİ-nin SEPAH-ı terror təşkilatı kimi tanıması strateji səhvdir -RƏSMİ AÇIQLAMA

Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması strateji səhvdir.

Yenixeber.org: Bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

İran XİN başçısı “məhz SEPAH-ın Avropanı İŞİD təhdidindən qoruduğunu” qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı bununla strateji səhvə yol verib: “Avropanın ciddi strateji səhvləri var. Bunu sadəcə məyusluqla qarşılayırıq. Avropa həm hesablamalarında, həm də digər məsələlərdə ciddi strateji səhvlərə yol verib. Təəssüf ki, Avropa İttifaqı tənəzzülə doğru gedən bir quruma çevrilib, beynəlxalq arenada öz rolunu, öz təsir imkanlarını itirib. Hətta düşünürəm ki, Aİ artıq öz maraqlarını belə aydın şəkildə görə və düzgün qiymətləndirə bilmir. Əgər İslam İnqilabı Keşikçiləri Korpusu olmasaydı, İŞİD və digər terror qrupları ilə kim mübarizə aparacaqdı? Onların təhlükəsi Avropa küçələrinə qədər çata bilərdi. Avropanın təhlükəsizliyi üçün görülən bu işlərin dəyəri təəssüf ki, lazımi səviyyədə qiymətləndirilmir”, – Abbas Əraqçi vurğulayıb.

Qeyd edək ki, Aİ ötən gün SEPAH-ı terror təşkilatı kimi tanıyıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam