Zaporojye çətin vəziyyətdə:ruslar yaxınlaşır...
Rusiya qüvvələri Zaporojye bölgəsində tədricən irəliləyir. Düşmən Zaporojyeyə artilleriya zərbələri endirə biləcəyi bir məsafəyə çatmağa çalışır.
Yenixeber.org: Bu barədə Ukraynanın B12 PUA bölməsinin zabiti Konstantin Reutski bildirib.
Onun sözlərinə görə, Zaporojye yaxınlığında cəbhədə vəziyyət çətindir və orada vəziyyət pisləşir:
"Zaporojyenin mərkəzinə qədər məsafə yavaş-yavaş azalır. Düşünürəm ki, düşmən ən azı top artilleriyası ilə regional mərkəzi hədəf ala biləcəkləri məsafəyə çatmağa çalışır. Əgər onlar buna nail olsalar, Zaporojye çətin günlərlə üzləşəcək".









AZ
RU
