Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda su təchizatına dair Dövlət Proqramının monitorinqinin həyata keçirilməsi proseduru müəyyənləşib

 

Bakıda su təchizatına dair Dövlət Proqramının monitorinqinin həyata keçirilməsi proseduru müəyyənləşib.

Yenixeber.org xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 yanvar tarixli 883 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə 1 (bir) dəfə, hər il aprelin 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2031-ci və 2036-cı illərin iyulun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi monitorinqin və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməsi üçün Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin icrası ilə bağlı müvafiq məlumatların “Layihə idarəetməsi” modulunda rübdə bir dəfə, rübdən sonrakı ayın 15-dək, tədbirlər üzrə ilin yekunları barədə məlumatların isə, 2027-ci ildən başlayaraq hər il fevralın 25-dək Modulda yerləşdirilməsini təmin etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam