Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İşədüzəlmə vasitəçiləri üçün elektron reyestr istifadəyə verildi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılması məqsədilə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib.

Yenixeber.org xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, bununla da əmək bazarında şəffaflığın artırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə həmin hüquqi şəxslərin reyestrinin aparılması və işədüzəlmədə vasitəçilik fəaliyyəti üzrə hesabatlılıq prosesi elektronlaşdırılıb.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər yeni modul vasitəsilə öz fəaliyyətləri, habelə onlara iş üçün müraciət edən şəxslərin və işlə təmin etdikləri şəxslərin sayına dair məlumatları Nazirliyə elektron formada təqdim edəcəklər.

Bu da qeyd edilən məlumatların operativ və sistemli təqdim edilməsinə, qeyd edilən sahədə şəffaflığın təminatına, kağız daşıyıcılar və əlavə yazışmalar olmadan elektron mühitdə hesabatlılığın həyata keçirilməsinə xidmət edir.

Hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi veb-səhifəsindəki reyestrlər bölməsi (//dma.gov.az/reyestrler/iseduzeltme-vasitecilerinin-reyestri-661 ) vasitəsilə də keçid edərək ƏMAS-ın bu xidmətindən istifadə edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam