Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb

 

Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) dinamik inkişafı üçün "AzərEnerji" tərəfindən genişmiqyaslı Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) gətirilərək qurulmasına başlanılıb.

Yenixeber.org xəbər verir ki, bütünlükdə MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc Sistemləri olan bu enerji obyektləri paytaxta yaxın 500 kV-luq "Abşeron", eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində qurulur.

Ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat-saat olan mərkəzlər üçün batareya saxlanc sistemlərinin ilk partiyası artıq bu günlərdə ölkəyə gətirilib. Çinin "Great Power" zavodunda sifariş əsasında yığılan avadanlıqlar gəmilərə yükləndikdən sonra Sakit Okean, Hind Okeanı, Ölü dəniz, Süveyş kanalı, Aralıq dənizi və Egey dənizini keçərək, Türkiyənin Gemlik Limanına, oradan isə quru yolu ilə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana gətirilib. Hər birinin çəkisi 36 ton olan batareya saxlanc sistemləri polis müşahidəsi ilə xüsusi qaydada təyinatı üzrə yerlərinə çatdırılaraq quraşdırılıb. Artıq saxlanc sistemlərinin 15 %-i ölkəyə gətirilib və qalan 85 %-i isə aprel ayına qədər gətirilərək quraşdırılacaq.

Qeyd edək ki, "AzərEnerji" tərəfindən Batareya Saxlanc Mərkəzlərin yaradılması enerji sisteminin dayanıqlığının artırılması, tezliyin sabit saxlanılması, BOEM-lərdə dəyişkənliyin balanslaşdırılması, pik yüklərin ödənilməsi, günəş enerjisinin azalması saatlarında yük qrafikinin hamarlanması və qəza hallarında enerji sisteminin sıfırdan bərpası baxımından strateji əhəmiyyət daşıyır. Bu sistemlər Azərbaycanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, enerji şəbəkəmizin həm qonşu ölkələrlə paralel, həm də müstəqil rejimində etibarlı fəaliyyətini təmin edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam