Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Professor Aidə Qasımova ölkədəki problemlərlə bağlı sərt çıxış edib

Professor Aidə Qasımova ölkədəki problemlərlə bağlı sərt çıxış edib

Elmlər doktoru, professor Aidə Qasımova sosial şəbəkədə yaydığı fikirlərində ölkədə uzun illərdir cəmiyyətin narazılığına səbəb olan problemləri kəskin şəkildə tənqid edib. O, mövcud durumun artıq dözülməz həddə çatdığını bildirib və ictimaiyyəti “dayanmağa” çağırıb.
Yenixeber.org: Professorun tənqid etdiyi məqamlar sırasında korrupsiya, rüşvət, ideoloji böhran, məmur özbaşınalıqları, insan haqlarının pozulması, siyasi həbslər, elmi və hərbi sahədə saxtakarlıqlar, şəxsi həyatı əhatə edən şantajlar və porno materiallardan istifadə kimi məsələlər yer alır.

Aidə Qasımova yazır:

“Korrupsiya
Rüşvət
İdeoloji böhran
Minsifət [mənəviyyətsiz] məmurlar
İnsan qətlləri
Həbslər
Saxta akademiklər
Saxta generallar
Saxta deputatlar
Porno videolar
Şantaj və reketçilik
Sərvət siyahıları
İnsan siyahıları
Avtomobil kolleksiyaları
Tostlar
Söyüşlər
Əcaib debatlar

Biz belə bir ölkədəmi yaşayırıq?
Bəlkə dayanasız?”

Professor bildirib ki, sadalanan eybəcərliklər təkcə ayrı-ayrı şəxslərin problemi deyil, bütövlükdə müstəqillik dövrünün acınacaqlı mənzərəsini ortaya qoyur:
“Bütün deyilənlər, üstü açılan eybəcərliklər ayrı-ayrı insanların deyil, bütövlükdə müstəqillik illərimizin pis bir karikaturasını yaradır. Yazdıqlarınızı gənclər də oxuyur və ölkədən çıxıb getmək istəyirlər.”
Qasımovanın fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və cəmiyyətdə mövcud vəziyyətlə bağlı narahatlıqları bir daha gündəmə gətirib. Rəsmi qurumlardan onun tənqidlərinə münasibət bildirilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam