Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Milli Məclisin eks-mətbuat katibi jurnalistikaya qayıtdı- FOTO

 

Milli Məclisin sabiq mətbuat katibi, Əməkdar jurnalist Akif Təvəkküloğlu Azərbaycanın kabel şəbəkələrində yayımlanan TV1 telekanalında veriliş aparır.

Yenixeber.org-un məlumatına görə, Akif Təvəkküloğlunun verilişi “Açıq tribuna” adlanır.

Əməkdar jurnalist deyir ki, verilişə tanınmış ziyalılar, elm adamları, ictimai-siyasi xadimlər, həyata örnək olan digər adamlar dəvət olunur və onlar müxtəlif mövzularla bağlı fikirlərini tamaşaçılarla bölüşürlər.

Qeyd edək ki, Akif Təvəkküloğlu həm də Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır. O bu vəzifəyə 2023-cü ilin yanvarında təyin olunub.


Akif Təvəkküloğlu daha əvvəl Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, 2006-2020-ci illərdə isə Milli Məclisin mətbuat katibi vəzifəsində işləyib. Həmin dövrdə Milli Məclisə Oqtay Əsədov sədrlik edib.

Azərbaycan Dövlət Universitetinin Kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinin məzunu olan eks-mətbuat katibi jurnalist karyerasına 1991-ci ildə "Molla Nəsrəddin" jurnalından başlayıb. Daha sonra fəaliyyətini televiziyada davam etdirib və 2006-cı ilədək AzTV-də müxtəlif vəzifələrdə çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam