Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
“Tarixi, mədəni, dini, linqvistik və etnik yaxınlıqlar nəzərə alınaraq, iki ölkə xalqları arasında qarşılıqlı səfərlərə böyük və davamlı maraq müşahidə olunur ki, son illərin statistik göstəriciləri bu faktı təsdiqləməkdədir”.

Yenixeber.org: Bunu İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu apa-ya müsahibəsində deyib.

Səfirin sözlərinə görə, turizmin hərtərəfli inkişafı üçün xalqların bir-birini daha yaxından tanıması ilə yanaşı, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi əsas və zəruri şərtdir.Diplomat qeyd edib ki, səyahət vaxtı və xərclərin optimallaşdırılması və azaldılması turizmin inkişafının əsas təkanverici amillərindəndir: “Bu məqsədlə İran Azərbaycan vətəndaşları üçün viza tələbini ləğv edib və onlar heç bir əlavə çətinlik olmadan İrana səfər edə bilirlər.

Bundan əlavə, bu yaxınlarda iki ölkə arasında birbaşa aviareyslərin bərpası reallaşdırılıb və gələcəkdə iki ölkənin müxtəlif şəhərlərinə uçuşların sayının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Həmçinin ümidvarıq ki, quru sərhədlərinin tam şəkildə açılması iki ölkə vətəndaşları arasında qarşılıqlı səyahətlərin sadələşdirilməsinə və genişlənməsinə şərait yaradacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam