Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi -Həkimlərə cəza

yararsiz-genci-esgerliye-gonderdiler-hali-pislesdi

Ağdaşda hərbi xidmətə yararsız gəncin yararlı kimi sənədləşdirilərək əsgərliyə göndərilməsinə səbəb olan 2 həkim məsuliyyətə cəlb edilib.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının şüa diaqnostikası üzrə həkimi 1960-cı il təvəllüdlü S.K və 1954-cü il təvəllüdlü həkim-terapevt M.M-ə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə iş açılıb.

Bildirilib ki, onlar 2006-cı il təvəllüdlü çağırışçı S.Behbudovun (şərti) “Öd kisəsinin polipozu” diaqnozlu xəstəliyinə məhəl qoymadan onun hərbi xidmətə yararlı olmasına qərar veriblər. S.Behbudov Cəbrayıldakı hərbi hissədə xidmətə başlayıb.

Lakin hərbi xidmətə gedən gəncin bir müddət sonra kəskin ağrıları başlayıb və o, Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib və burada 1 aya yaxın müalicə olunub.

Bu ilin yanvarında isə 19 yaşlı gənc “Öd kisəsinin polipozu. Beta heteroziqot talessimiya. Zəif qidalanma” diaqnozu ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməklə Silahlı Qüvvələrin sıralarından tərxis olunub.

Bundan sonra gəncin hərbi xidmətə yararlı olmasına qərar verən həkimlərə cinayət işinin açılmasına və onların 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cəzalandırılmasına qərar verilib.

Ağdaş Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə həkimlərin hər biri 2 min manat cərimə cəzasına məhkum edilib.(“Qafqazinfo”)

Aslan Vəliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam