Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Putin Kremldə Tokayevi qarşıladı


Putin Tokayevin adını səhv dedi - Video

Rusiya Prezidenti Vladimir Putin Kremldə qonaq olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.

Yenixeber.org: Tokayevin Rusiyaya dövlət səfəri 11 və 12 noyabr tarixlərində baş tutur.

Bildirilir ki, Tokayev və Putin siyasi, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində Rusiya-Qazaxıstan münasibətlərinin gələcək inkişafı ilə bağlı vacib məsələləri, eləcə də regional və qlobal gündəmin əsas mövzularını müzakirə edəcəklər.

Bundan əlavə, Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, sabah Putin Tokayevi Ukrayna böhranı ilə bağlı cəbhədəki vəziyyət və sülh danışıqları perspektivləri barədə məlumatlandıra bilər.

O həmçinin bildirib ki, əgər Qazaxıstan lideri bu barədə danışmaq istəsə, Moskva onun ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşlərin nəticələri ilə də maraqlanır.

Qeyd edək ki, bu gün iki lider qeyri-rəsmi görüş keçirir, səfərin rəsmi hissəsi isə sabah baş tutacaq. Rəsmi danışıqlarla yanaşı, Putin və Tokayev 21-ci Rusiya-Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasında videobağlantı ilə iştirak edəcəklər.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam