Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“İqlim Səfirləri: Gənclərin COP29 Missiyası” layihəsi Lənkəran Tibb Kollecində təqdim olundu

“İqlim Səfirləri: Gənclərin COP29 Missiyası” layihəsi Lənkəran Tibb Kollecində təqdim olundu

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi tərəfindən
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən
“İqlim Səfirləri: Gənclərin COP29 Missiyası” layihəsi çərçivəsində
Lənkəran Tibb Kollecində maarifləndirici görüş və təqdimat tədbiri təşkil olunub.

Tədbirin məqsədi gənclərin iqlim dəyişiklikləri, ekoloji məsuliyyət və COP29 konfransının mahiyyəti barədə biliklərini artırmaq, onları bu qlobal prosesdə fəal iştirak etməyə təşviq etmək olub.

Görüşdə layihə rəhbəri Büllur Cavad qızı, kollecin müəllim və tələbə heyəti, eləcə də yerli gənclər iştirak ediblər. Tədbir zamanı iqlim dəyişikliklərinin insan sağlamlığına və ekosistemlərə təsiri, yaşıl həyat tərzinin təbliği, davamlı inkişaf prinsipləri kimi mövzular ətrafında geniş çıxışlar və interaktiv müzakirələr aparılıb.

Layihə rəhbəri Büllur Məmmədova öz çıxışında gənclərin ekoloji maarifləndirmə prosesində iştirakının önəmini vurğulayaraq bildirib:

“Lənkəranlı gənclərin iqlim məsələlərinə marağı və fəallığı bizi çox sevindirdi. Onların COP29 kimi mühüm beynəlxalq tədbirlərə hazırlığı və ekoloji düşüncəyə yanaşması bu layihənin əsas məqsədinə tam uyğundur.”

Tədbir zamanı gənclərlə açıq dialoq formatında sual-cavab sessiyası keçirilib, iştirakçılar iqlim problemlərinin həlli istiqamətində öz baxışlarını və təkliflərini bölüşüblər.

Fəallığı ilə seçilən 20 tələbə layihə tərəfindən hazırlanmış sertifikatlarla təltif olunub.

Bu təşəbbüs, gənclərin ekoloji şüurunun formalaşdırılması, iqlim diplomatiyasına cəlb olunması və onların COP29-a hazırlıq prosesinə fəal qoşulması baxımından mühüm addım hesab olunur.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam