Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanda superkompüter mərkəzi yaradılacaq

 

Kiçik, orta, hətta böyük müəssisələr belə, xüsusilə maliyyə və insan resursları baxımından süni intellektin biznesə tətbiqi zamanı çətinliklərlə üzləşirlər.

“Yenixeber.org xəbər verir ki, bunu Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrəAvrasiya Forumu”nda panel müzakirəsi zamanı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Departament rəhbəri Əzizə Vidadi deyib.

O qeyd edib ki, bu problemlərin həlli üçün bir sıra yanaşmalar mövcuddur:

“Məsələn, dövlət-özəl tərəfdaşlığı, Coursera kimi proqramların istifadəsi, yaxud digər əməkdaşlıq modelləri. Biz həmçinin 2023-cü ildə StrategEast ilə IT Hub layihəsi üzrə əməkdaşlıq etmişdik və bu layihə çox uğurlu oldu. Hətta bəzi tələbələr işlə təmin olundu. Başqa bir həll yolu birgə infrastrukturun yaradılmasıdır.
Məsələn, hazırda İqtisadiyyat Nazirliyi superkompüter mərkəzinin yaradılması üzərində çalışır. Bu mərkəz kiçik və orta bizneslərin də istifadəsi üçün açıq olacaq.

Ə.Vidadi bildirib ki, superkompüter 1.3 petaflops hesablama gücünə malik yüksək performanslı hesablama imkanları deməkdir:

“Biz belə bir mərkəz yaradacağıq ki, burada dövlət qurumları, özəl sektor və universitetlər gəlib araşdırma apara, ideiyalarını və layihələrini inkişaf etdirə bilsinlər. Hazırda biz ekosistemin ehtiyaclarını toplayırıq”.

“Başqa bir dəstək mexanizmi stimullaşdırıcı tədbirlər, məsələn vergi güzəştləri, həmçinin hökumət tərəfindən maliyyə dəstəyi ola bilər”, - deyə o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam