Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Tokayev və Stubb Orta Dəhlizin inkişafına dəstəklərini ifadə ediblər

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və finlandiyalı həmkarı Aleksandr Stubb Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM - Orta Dəhliz) inkişafına dəstəklərini ifadə ediblər.

Yenixeber.org-un məlumatına görə, bunu Akorda liderlərin bəyanatına istinadən məlumat yayıb.

K.Tokayev və A.Stubb Orta Dəhlizin inkişafında Qazaxıstanın əsas rolunu vurğulayıb.

Dövlət başçıları, həmçinin Avropa strategiyasının inkişafına dəstəklərini bildiriblər. Bu strategiya rəqəmsal texnologiyalar, enerji və nəqliyyat sahələrində infrastruktur investisiyaları vasitəsilə qlobal əlaqələrin inkişaf etdirilməsinə yönəlib.

Tərəflər Avropa İttifaqının "Global Gateway" layihəsinin həyata keçirilməsinə və Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün tezliklə əldə edilməsinin vacibliyinə dəstək ifadə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam