Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda dövlət vəsaiti mənimsənilib?

 

Bu gün bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğunda mühasib və baş konsulun 200 min ABŞ dolları dövlət vəsaitini mənimsədiyi barədə iddialar yayılıb. Bir müddət bundan əvvəl isə Azərbaycan Respublikasının Koreya Səfirliyində də 300 min ABŞ dolları dövlət vəsaitinin mənimsənilməsi halının baş verdiyi ilə bağlı iddialar yayılıb və bildirilib ki, Xarici İşlər Nazirliyində bu məsələlər ört-basdır edilir və bu şəxslərə qarşı cinayət işi açılmır.

Yenixeber.org xəbər verir ki, Los-Ancelesdə Baş konsulluqda hər hansı bir dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir. Görünür kimsə, bir neçə il bundan əvvəl baş vermiş və Baş konsulluğun mühasibi və sürücüsü ilə bağlı məsələni qəsdən dövlətin maliyyə vəsaitinin mənimsənilməsi şəklində təqdim edir.

Belə ki, Baş konsulluğun mühasibi və sürücüsü ailələri ilə birgə avtomobildə hərəkət edərkən, digər bir avtomobilin onların avtomobilinə zərər vurması ilə nəticələnən yol qəzasına düşdükləri məlum olub.

Bundan sonra, Konsulluğun əməkdaşları tərəfindən fərdi qaydada vəkil tutularaq iddia qaldırılıb və onlar sığorta şirkətinə qarşı məhkəməni udublar. Nəticədə, avtomobilin təmiri və tibbi müayinələr ilə bağlı xərclər sığorta şirkəti tərəfindən qarşılanıb.

Göründüyü kimi, burada hər hansı bir dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir.

Lakin əldə etdiyimiz məlumata əsasən mühasib və sürücü bu addımları atarkən və üçüncü tərəf vəkillə müqavilə imzalayarkən Baş konsula hər hansı bir məlumat vermədiklərinə və beləliklə müvafiq etik-davranış qaydalarını pozduqlarına görə onlara qarşı qurumdaxili araşdırma aparılıb və tənbeh tədbirləri görülüb.

Koreyadakı Səfirliyimizdə vəsaitin mənimsənilməsi məsələsinə gəldikdə, bu xəbərin yeni olmadığı, hadisə 3 il bundan əvvəl baş verən kimi Xarici İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun bütün müvafiq tədbirlər görüldüyü və zamanında bu məsələnin geniş işıqlandırıldığı məlumdur.

Hələ 2023-cü ilin iyun ayında mətbuata verilmiş rəsmi açıqlamalardan və geniş yayılmış xəbərlərdən məlum olur ki, Azərbaycanın Koreyadakı Səfirliyində mühasib işləmiş Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək, cinayət əməli ilə bağlı Xarici İşlər Nazirliyinə dəymiş ziyanın bir qismini, 77 min dollar vəsaiti ödəyib və 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu şəxs hazırda həbsdədir.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam