Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Prezidentdən Pakistana 40 milyon dollarlıq güzəşt

 

Pakistan prezidenti Məmnun Hüseyn ötən şənbə günü Ravalpindi Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşü zamanı pakistanlı iş adamlarını dost Azərbaycana ixracı genişləndirməyə çağırıb.

Xeberinfo.com:   Məlumata görə, prezident Məmnun Hüseyn Bakıya ötən ilin sonlarında etdiyi səfərin yekunlarına dair iş adamlarını məlumatlandırıb. Deyib ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib.

Məmnun Hüseyn bildirib ki, Azərbaycan nizamnamə kapitalı 50 milyon dollardan az olan xarici bankların öz ərazisində fəaliyyətinə icazə vermir. Lakin onun xahişi əsasında Azərbaycan Pakistan Milli Bankının filialının 10 milyon dollar kapitalla fəaliyyətə başlamasına icazə verib. “İxracatçılar dost ölkələrdə hadisələrin bu cür inkişafından fayda götürməlidir”-prezident bildirib.

Pakistan Azərbaycanın islam dünyasındakı strateji tərəfdaşı və ənənəvi müttəfiqidir. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam