Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şüvəlanda yeni ictimai çimərliklər yaradıldı

 

Dövlət Turizm Agentliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaradılmış yeni ictimai çimərlikləri təqdim edib. 

Yenixeber.org xəbər verir ki, onlar mövsümün əvvəlindən quruma daxil olmuş çoxsaylı müraciətlərdən sonra təşkil edilib.

Monitorinqlər zamanı bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyətin, infrastrukturun, təmizlik qaydalarına əməl olunmasının və tullantıların idarə edilməsinin qənaətbəxş olmadığı müəyyənləşdirilib. Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, Şüvəlanda 3 çimərlikdə ödənişsiz ictimai məkanlar yaradılıb. Pilot layihə 15,3 hektar sahəni əhatə edir.

Burada taxta döşəmələr, sanitar qovşaqlar, futbol və voleybol meydançaları, uşaq əyləncə zonaları, söhbətgahlar, günəşdən mühafizə çətirləri və digər zəruri avadanlıqlar quraşdırılıb.

Yay mövsümü Azərbaycanda daxili və gəlmə turizmin ən yüksək aktivlik dövrü hesab olunur. Bu müddətdə ölkəyə gələn əcnəbi turistlərin 32 %-i məhz yay aylarında səyahət edir. Yaxın Şərq, Şimal-Şərqi Asiya və Avropadan gələn turistlərin sayı üstünlük təşkil edir. MDB ölkələrindən gələnlər arasında isə çimərlik turizminə maraq daha çox müşahidə olunur.

Son illərin göstəricilərinə əsasən, yerli turistlərin il ərzində həyata keçirdiyi 20 milyondan çox səfərin 40 %-i yay aylarının payına düşür. Bu dövrdə həm regionlara səfərlərin sayında artım qeydə alınır, həm də regionlardan Bakıya, xüsusilə çimərliklərə gediş-gəliş intensivləşir.

Hazırda ölkə üzrə 200-dən çox çimərlik fəaliyyət göstərir. Onların 80 %-i Bakı və Abşeron yarımadasında yerləşir. Bu ərazidə ümumilikdə 17 çimərlik zonası mövcuddur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam