Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu -FOTO

OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi olub
Yerli bazarın liderlərindən biri olan “OBA” marketlər şəbəkəsi daha bir beynəlxalq uğura imza atıb.

Yenixeber.org: “Best Managed Companies 2025” proqramı çərçivəsində nüfuzlu mükafata layiq görülən “OBA”, bu mükafatla həm ölkə daxilində, həm də regionda davamlı inkişaf və strateji idarəetmənin simvoluna çevrildi.

“Best Managed Companies 2025” proqramında qalib adını qazanan “OBA” marketlər şəbəkəsi bu mükafatla yalnız Azərbaycanın deyil, regionun da ən peşəkar idarə olunan şirkətlərindən biri olduğunu sübut etdi. Rəsmi təltifetmə mərasimində mükafata layiq görülən “OBA” strateji idarəetmə, insan kapitalının inkişafı, maliyyə dayanıqlılığı və sosial məsuliyyət sahələrində nümayiş etdirdikləri qabaqcıl təcrübəyə görə “Best Managed Companies” statusuna layiq görülüb. Bu uğur — davamlı inkişaf, komanda ruhu və strateji idarəetmənin nəticəsidir.

30 ildən artıqdır 46 ölkədə tətbiq olunan sözügedən nüfuzlu proqram ölkəmizdə də yüksək idarəetmə və strateji inkişaf meyarlarına cavab verən özəl sektor təmsilçilərinin qiymətləndirilməsi məqsədi daşıyır.

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA" marketlər şəbəkəsi mükafata ilk namizədliyini irəli sürdüyü ildəcə bu beynəlxalq mükafata layiq görülüb.

Mükafat “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim olunub.

Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi artıq üç ildən çoxdur ki, diskaunt market konsepsiyasından "qonşu market" modelinə keçid edib. Bununla yanaşı, tədarük zəncirinin keyfiyyətli idarə olunması üçün mərkəzi anbar sistemindən başlayaraq, istehsalçılarda keyfiyyət standartlarının tətbiqinədək bir sıra mühüm və məzmunlu layihələr həyata keçirilib. Eyni zamanda şirkət 2024-cü ilin göstəricilərinə görə pərakəndə sektorunda vergi ödəyiciləri arasında sıralamada 2-ci yerdədir.

2016-cı ildən fəaliyyət göstərən "OBA Market" MMC hazırda 1 600-dən çox marketi və 10 000-ə yaxın əməkdaşı ilə günlük 700 minə yaxın müştəriyə keyfiyyətli və qənaətli məhsulları ilə məmnunluqla xidmət göstərməkdən qürur duyur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam