Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Zakir Həsənov Laçında onları qəbul etdi- FOTOLAR

 

Bu gün Laçın şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir ilə görüşüb.

Yenixeber.org xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Pakistanlı qonağı ölkəmizdə görməkdən məmnun olduğunu bildirən nazir onu "feldmarşal" ali hərbi rütbəsi alması münasibətilə təbrik edib.

Z.Həsənov dost və qardaş ölkə Pakistanla əlaqələrin digər sahələrdə olduğu kimi hərbi sahədə də genişləndirilməsinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən feldmarşal A.Munir hərbi əlaqələrimizin inkişafı məqsədilə qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən müasir texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin intensivliyinin artırılmasına dair fikir mübadiləsi aparıb, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam