Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar

 

Öz komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib.

Portuqaliyalı mütəxəssis milliyə dəvət edilən futbolçuların formada olmasının vacibliyini söyləyib:

"Hər məşqçinin qərarına hörmətlə yanaşıram. Milliyə dəvət edilən futbolçular mütəmadi şəkildə oynamalıdırlar. Xaricdə çıxış edən oyunçularımız çox azdır. Mən də istərdim ki heyətdə daha çox azərbaycanlı oyunçular yer alsınlar. Millidə oynayırsansa, motivasiya olmalıdır".

F.Santuşun mayın 31-də baş tutacaq Azərbaycan Kubokunun finalında oynayacaq futbolçulara üç gün istirahət veriləcəyini də vurğulayıb.

Baş məşqçi qapıçı mövqeyi ilə bağlı sualı da cavablandırıb:

"Qapıçı mövqeyi futbolda ən spesifik nöqtədir. Bu mövqedə məşqçilər az rotasiya edirlər. Şahruddin Məhəmmədəliyev zədə aldıqdan sonra "Səbail"dən Əlirza Müştəbazadəni dəvət etdik. Rza Cəfərov da yaxşı perspektivə malikdir. Şahruddin təcrübəli qapıçıdır, komanda yoldaşlarına da kömək edə bilər".

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi milli iyunun 7-də səfərdə Latviya, bundan 3 gün sonra isə Bakıda Macarıstan yığması ilə üz-üzə gələcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam