Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Mnatsakanyan da işğalda iştirak etdiyini təsdiqlədi

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib.

Yenixeber.org: L.Mnatsakanyan müxtəlif illər qondarma qurumda tabor komandiri, diviziya komandiri və artilleriya rəisi olduğunu bildirib.

Dövlət ittihamçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs Samvel Karapetyanın rəhbərlik etdiyi hərbi hissənin tərkibində Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini etiraf edərək deyib: “Ağdamda, Cəbrayıl, Ağdərədə, Füzulidə və digər ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmişəm”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam