Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Belçika Ukraynaya ildə bir milyard avroluq silah tədarük etməyi planlaşdırır

 

Belçika hökuməti Ukraynaya ildə bir milyard avro dəyərində silah tədarük etməyi və F-16 qırıcılarının çatdırılmasını sürətləndirməyi planlaşdırır.

Yenixeber.org xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken Avropa İttifaqının xarici işlər və müdafiə nazirlərinin görüşünə gedərkən bildirib.

Belçika atəşkəs əldə edildikdən dərhal sonra Fransa və Böyük Britaniyanın başçılıq etdiyi "Arzuedənlər koalisiyası"nın tərkibində Ukraynaya qoşun göndərməyə hazırdır.

"Belçika Ukraynaya bir milyard avro məbləğində hərbi yardım göstərəcək. Bu tranş artıq təsdiqlənib və biz bu dəstəyi hər il təmin etməyə hazırıq", - Franken bildirib.

O həmçinin qeyd edib ki, Belçika F-16-ları razılaşdırılmış müddətdən daha tez tədarük etməyə çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam