Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Husi qiyamçılarının mövqeləri vuruldu -22 nəfər ÖLDÜ

ABŞ bu ölkəyə hücum etdi - 22 nəfər ÖLDÜ

ABŞ Ordusu Yəməndə husi qiyamçılarının mövqelərinə zərbələr endirib.

Yenixeber.org: Məlumata görə, Yəmənin "Al Masirah" telekanalı hücum nəticəsində 22 nəfərin həlak olduğunu, onlarla işçinin yaralandığını bildirib.

Məlumata görə, hücumlar cümə gecəsi Qırmızı dəniz sahilində yerləşən Əl-Hudeyda vilayətindəki Ras-İsa limanına, xüsusilə oradakı neft terminalına yönəlib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da məlumatı təsdiqləyib.

Qurum bəyan edib ki, amerikalı hərbçilərin endirdiyi zərbələr nəticəsində Yəmənin Qırmızı dəniz sahilində, Əl-Hudeydə vilayətində yerləşən Ras-İsa limanı tamamilə məhv edilib.

“Məqsəd İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini məhv etmək idi”, – deyə açıqlamada bildirilir.

"CENTCOM"un versiyasına görə, husilərin nəzarətində olan Ras-İsa limanının məhv edilməsi radikal qruplaşmanı neft məhsullarının satışından əldə edilən qanunsuz gəlirdən və yanacağa çıxış imkanından məhrum edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam