Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Ədliyyə Nazirliyindən QHT-lərə XƏBƏRDARLIQ

 

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib.

Yenixeber.org-un məlumatına görə, xəbərdarlıqda deyilir:

“Bildiririk ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər.

Həmçinin qeyri-hökumət təşkilatları institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar.

Qeyd edilməlidir ki, sahəvi risk qiymətləndirilməsi prosesində nəzarət orqanları bütün risk faktorlarını, ölkə risk qiymətləndirilməsinin nəticələrini və nəzarət etdikləri şəxslər tərəfindən təqdim edilən institusional risk qiymətləndirilməsinin nəticələrini nəzərə almalıdırlar.

Göstərilənlərə əsasən və qeyri-hökumət təşkilatlarına nəzarət orqanı qismində nazirlik tərəfindən sahəvi risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün  institusional risk qiymətləndirilməsinin nəticələrinin qısa müddət ərzində Ədliyyə Nazirliyinə təqdim olunması xahiş olunur".                       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam