Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Bu ölkədə məscidlərin sayı azaldıla bilər -SƏBƏB

qirgizistanda-mescidlerin-sayi-azaldila-biler

Qırğızıstanın Dini Qurumlarla İş üzrə Dövlət Komissiyası məscidlərin sayına məhdudiyyət qoyulmasını təklif edib.

Yenixeber.org: Buna səbəb tikililərin yerli əhalinin tələbatı nəzərə alınmadan mərkəzləşdirilmiş qaydada inşa edilməməsi olub.

Belə ki, bununla bağlı müvafiq qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Layihəyə əsasən dini tikililər arasında məsafə ilə bağlı dəqiq standartların tətbiqi təklif edilib.

Qeyd olunub ki, bu tikililər şəhər və rayon mərkəzlərində bir-birindən 4 kilometr aralı məsafədə yerləşməlidir. Kəndlərdə isə ən azı iki-üç kilometr məsafədə olmalıdır.

Həmçinin bildirilib ki, bu layihə qüvvəyə minməzdən əvvəl tikilmiş dini binalar sökülməyəcək və məhdudiyyətlərə məruz qalmayacaq.

Qeyd edək ki, bu təşəbbüs dini binaların tikintisini tənzimləmək üçün 2021-ci ildəki kampaniya ilə bağlıdır. Səlahiyyətlilər həmin ildə rəsmi statusu olmayan obyektləri qeydiyyata almağa başlayıblar. Bu zaman 644 qeydiyyatsız məscid, ibadət evi və məbəd qeydə alınıb.(“ArbatMedia”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam