Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Milli Məclisin sədri pakistanlı həmkarı ilə görüşüb- FOTO

 

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.

Yenixeber.org: Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub.

Söhbət zamanı qeyd olunub ki, iki ölkənin qanunverici orqanları ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova Senatın sədri ilə cari ilin fevralında Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, vurğulayıb ki, sıx təmaslar və müsbət dialoq parlamentlərimizin daha sıx əməkdaşlığına xidmət edir.

Görüşdə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Senatın sədri Seyid Yusuf Rza Gilani Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyi ilə görülən işləri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini qeyd edərək, deyib ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam