Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Peskov: Avropanın sanksiyaları ləğv etmək istəməməsi sülhdə maraqlı olmadığını göstərir

 
Avropa ölkələrinin Moskvaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək istəməməsi onların sülhdə maraqlı olmadığını göstərir.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Avropa İttifaqının (Aİ) bu mövqeyinin yenilənmiş taxıl sazişinə mane olub-olmayacağı barədə sualına cavabında bildirib.

"Kənd təsərrüfatı məhsulları ilə bağlı hesablaşmalarla məşğul olan bank qurumumuza qarşı sanksiyaların aradan qaldırılması Qara dəniz təşəbbüsünün ayrılmaz hissəsidir. Bu məhdudiyyətlərin mahiyyəti son dərəcə aydındır. Əgər Avropa ölkələri bu yolla getmək istəmirsə, bu o deməkdir ki, onlar sülh yolu ilə getmək, Moskva və Vaşinqtonun sülhə doğru irəliləyiş istiqamətində göstərdiyi səylərə kömək etmək və onlara uyğun hərəkət etmək istəmirlər", - o qeyd edib.

D.Peskov əlavə edib ki, Rusiyanın şərtləri hamıya yaxşı məlumdur. "O vaxtdan bəri heç bir yenilik olmayıb", - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam