Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

"Apex Clinic"də azyaşlının alveol sümüyü zədələndi-Baş həkim Əli Əliyev 20 min cərimələndi

media-eli
media-711
Yenixeber.org: Məlumata görə, klinikanın cərimələnməsinə səbəb diş çəkimi zamanı 8 yaşlı Sara adlı azyaşlının alveol sümüyünün zədələnməsinə görə aparılan araşdırma olub.
Belə ki, Mətin Əsgər “Atəşgah” sığorta şirkəti tərəfindən sığortalı, 8 yaşlı Sara adlı qızını aşağı çənəsində 7.5-ci dişin kəskin ağrıları ilə “Apex” Klinikasına aprıb.
Sığortanın göndərişi əsasında 8 yaşlı Saranı Almaz Ağarəhimova adlı həkim müayinə edib. Əvvəlcə azyaşlının dişinə plomb qoyulacağını bildirən həkim sonradan Saranın narahatlığını əsas gətirərək onun süd dişinin çıxarılması barədə qərar verib. Həkim azyaşlının ağız boşluğuna bir neçə dəfə keyidici iynə vursa da, onun dişini çıxara bilməyib. Bundan sonra klinikanın baş həkimi Əli Əliyev tərəfindən azyaşlının dişi çıxarılsa da, üzündə şişkinliklər yaranıb.
Mətin Əsgər Nərimanov rayonunda yerləşən klinikaların birində qızının dişini müayinə elətirib. Məlum olub ki, “Apex” Klinikasında azyaşlının alveol sümüyünü zədələyiblər.
Azyaşlının anası Ü.A. bu barədə Səhiyyə Nazirliyinə, “Atəşgah” sığorta şirkətinə və Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.
Uşağın anası iddia edib ki, “Apex” Klinikasında qızına 10-dan çox iynə vurulub, azyaşlıya ağır işgəncə verilib, səhhətində ağır nəticələrə səbəb olub.
media-72
Həkimlər isə bildiriblər ki, bunun nəticəsində xəstənin səhhətinə hər hansı zərər dəyməyib və dəyə bilməz.
Aparılan araşdırma zamanı məlum olub ki, stomatoloq Əli Əliyevin direktor və baş həkimi olduğu klinikada Almaz Ağarəhimova Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “dişin müayinə və müalicə edilməsi” işinin yerinə yetirilməsinə cəlb edilib. Buna görə, Əli Əliyevin rəhbəri olduğu “Apex Clinic” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə stomatoloq Əli Əliyev Akif oğlu barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam