Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Trampın nümayəndəsinin danışıqlar proesindən uzaqlaşdırılması tələb edilir

Ali Radanın Xarici Siyasət Komitəsinin rəhbəri Aleksandr Merejko

“ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlar prosesindən uzaqlaşdırılmalıdır”.

Yenixeber.org: Bu təkliflə Ali Radanın Xarici Siyasət Komitəsinin rəhbəri Aleksandr Merejko çıxış edib.

O, həmçinin S. Uitkoffun Taker Karlsona müsahibəsində ölkəsi ilə bağlı səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb.

“Uitkoffun fikirləri təkcə utanc, eləcə də təəssüf doğurmur, həm də onun bacarıqsız və savadsız olmasından xəbər verir. Mən soruşmaq istəyirəm ki, o Trampın, yoxsa Putinin nümayəndəsidir? Onun açıqlamaları bizdə həm də şok effekti yaradıb”.

Qeyd edək ki, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi S. Uitkoff müsahibəsində Ukraynanın Rusiyaya ərazi güzəştlərinin mümkünlüyü barədə fikirlər səsləndirib:

“Ukraynanın ölkəmizi III Dünya müharibəsinə sürükləməsinə imkan verə bilmərik. Bu, mənim yox, Prezident Donald Trampın fikirləridir”.(“strana.ua”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam