Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Dələduzu azad edən hakim Elnur Nuriyev ölkəni biabır etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev dünyaya "səs" salmaqda davam edir.

Yenixeber.org: Onun 165 sakinə qarşı dələduzluq etmiş "Sahil S İnşaat" firmasının şəriki Pənah Kərimovu ev dustaqlığına buraxması artıq ölkənin siyasi platformalarında, sosial şəbəkələrdə müzakirə edilir, tanınmış siyasət adamları tərəfindən dilə gətirilir. Şirkətin rəhbəri Taley Alaverdiyev həbsdə olduğu halda, onun şəriki Pənah Kərimovu heç bir əsas olmadan ev dustaqlığına buraxmaq etiraz doğurmaqdadır. Çünki məhz Pənah Kərimov şirkətə qoşulduqdan sonra dələduzluq halları baş verib, bu şəxs bir mənzili bir neçə adama satıb. İndisə hakim Elnur Nuriyevin onu azad etməsi sakinləri ayağa qaldırıb. Ötən həftə bir qrup vətəndaş Məhkəmə-Hüquq Şurası qarşısında toplaşaraq hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu azad etməsinə etiraz bildiriblər. Üstəlik, bu faktı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də vurğulayıb. O, jurnalistlərlə söhbəti zamanı hakim Elnur Nuriyevin 165 ailəni aldadan dələduz Pənah Kərimovu ev dustaqlığına buraxdığını xatırladıb. Qeyd edək ki, hakim Elnur Nuriyev həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə prosesə sədrlik edir. İndisə bu hakimi bütün Azərbaycan ictimaiyyəti tanıdı ki, kimi müdafiə edərək evə buraxıb.(anaxeber.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam