Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Ukraynaya daha 305,7 milyon dollarlıq hərbi yardım gəlir

Kanada Ukraynaya 305,7 milyon dollarlıq hərbi yardım göndərəcək
Kanada Kiyevə 440 milyon Kanada dolları (305,7 milyon dollar) dəyərində hərbi yardım göntərmək niyyətindədir.

Yenixeber.org: Bu barədə ölkənin müdafiə naziri Uilyam Bleyerin, Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclasının yekunlarına dair bəyanatında deyilir.

Bu vəsaitin 200 milyon Kanada dolları (təxminən 139 milyon dollar) Ukrayna ordusuna mərmi almaq üçün Çexiya təşəbbüsünə gedəcək. 50 milyon Kanada dolları (34,7 milyon dollar) isə Kiyevə artilleriya mərmiləri göndərəcək olan Kanada silah istehsalçılarına köçürüləcək.

Yerdə qalan vəsait isə digər məsələlərlə yanaşı, onlar üçün PUA və avadanlıqların alınmasına, həmçinin qış geyimlərinin alınmasına sərf olunacaq.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından Kanada Kiyevə 4,5 milyard Kanada dollarından (3,13 milyard dollar) çox hərbi yardım göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam