Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Suriyaya ordu yeridilə bilər -Hakan Fidandan AÇIQLAMA

Suriyada fəaliyyət göstərən PKK/YPG irəli sürülən şərtləri yerinə yetirməsə, onlara qarşı hərbi əməliyyat keçiriləcək.

Yenixeber.org: Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Biz aydın tələblər irəli sürdük. Əgər hərbi əməliyyat variantını istəmirsinizsə, o zaman xarici terrorçular Suriyanı tərk etməli, liderlər ölkəni tərk etməli, təşkilatın qalan üzvləri (Kürdüstan Fəhlə Partiyası və ona bağlı birləşmələr nəzərdə tutulur – red.) silahlarını aşağı salmalı və Suriyanın yeni rəhbərliyi ilə birlikdə çalışmalıdır. Dəməşq onlarla dialoq aparır. Bir dəfə dedi, ikinci dəfə deyəcək. Amma nəticə olmasa, hərbi əməliyyat hüquqi seçim olacaq.

Biz uzun illərdir bu məsələ ilə məşğuluq. İndi Suriyadakı yeni reallıq kontekstində fərqli ssenariləri qiymətləndirərək işimizi davam etdiririk. Suriyanın yeni administrasiyası açıq şəkildə bu problemi tanımalı və ölkəsinin milli təhlükəsizliyini və bütövlüyünü təmin etmək üçün lazımi addımları atmalıdır. Bu bizim gözləntimizdir. Bu məsələ ilə bağlı danışıqlar davam edir”, - H.Fidan vurğulayıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam