Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

"Kanal 13”ün əməkdaşı azadlığa çıxdı

"Kanal 13”ün əməkdaşı azadlığa buraxıldı

"Kanal 13” internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminov azadlığa buraxılıb.

Yenixeber.org: Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Vəkil bildirib ki, Şamo Eminovun barəsində olan həbs qətimkan tədbirinin müddəti bu gün başa çatıb və o, istintaq təcridxanasından azad edilib. O, hazırda evindədir.

Xatırladaq ki, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və əməkdaşı Şamo Eminov ötən il noyabrın ayında saxlanılıb. Əziz Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra ona və Şamo Eminova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb. Bir qədər əvvəl onlar barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.

Əziz Orucovun ittiham olunduğu maddə üzrə cinayət işinə Səbail rayon Məhkəməsində baxılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam