Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Əsədin qohumu tutuldu -Beyrutda

Əsədin qohumu Beyrutda TUTULDU

Beyrut beynəlxalq hava limanında Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı saxlanılıb.

Yenixeber.org: Məlumatı Livan hökuməti yayıb.

Qeyd olunur ki, keçmiş prezidentin həbs olunmuş qohumu və onun qızı saxta pasportlarla Livanı tərk etməyə cəhd göstəriblər.

Dureyd Əsəd Suriyanın mərhum prezidenti Hafiz Əsədin (1930-2000) qardaşı, baş tutmayan çevriliş cəhdindən sonra 1984-cü ildən xaricdə yaşayan Rifat Əsədin oğludur. 2021-ci ildə Bəşər Əsəd 87 yaşlı əmisinə siyasi fəaliyyətlə məşğul olmamaq şərti ilə vətənə qayıtmağa icazə vermişdi.

Daha əvvəl ərəb mediası Dəməşqdə hakimiyyətin keçid hökumətinin əlinə keçməsindən sonra Rifat Əsədin ailəsi ilə birlikdə Livana köçdüyü barədə məlumat yaymışdı.

Rifat Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və hərbi cinayətlərdə iştirak ittihamı ilə məhkəmə iddiası qaldırılıb. Lakin təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar istintaq dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam