Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir

 

Aktau yaxınlığında qəzaya uğramış AZAL aviaşirkətinin təyyarəsinin 18 sərnişini Manqıstau vilayət xəstəxanasında qalır.

Yenixeber.org-un məlumatına görə, bu barədə xəstəxananın tibbi xidmətlərin keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Janar Baymanova məlumat verib.

"Onlardan beşi reanimasiyadadır - dördü ağır vəziyyətdə, bir qadın isə son dərəcə ağır vəziyyətdədir", - o bildirib.

J.Baymanovanın sözlərinə görə, sərnişinlərdə ən çox rast gəlinən xəsarətlər sınıqlar, qarın boşluğu, ağciyər travmaları, həmçinin açıq və qapalı kəllə-beyin travmalarıdır.

Ümumilikdə, təyyarə qəzasından sonra xəstəxanaya 27 nəfər yerləşdirilib.

"Onlardan səkkiz böyük və bir uşaq Rusiyaya köçürülüb, qalanları - Azərbaycan və Qırğızıstan vətəndaşları bizim xəstəxanada qalırlar", - deyə o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam