Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Almaniya Gürcüstanla kredit əməkdaşlığından imtina edib

Almaniya siyasi səbəblərdən Gürcüstana dövlət səviyyəsində kredit dəstəyi verilməsindən imtina edib.

Yenixeber.org xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq məsələləri üzrə naziri Svenja Şulze sosial şəbəkədə bildirib.

"Bu hökumətlə (Gürcüstan) inkişaf məqsədli əməkdaşlıq artıq həyata keçirilə bilməz. Gürcüstandakı bütün layihələr nəzərdən keçirilir. Yeni layihələr həyata keçirilməyəcək və kredit sazişləri imzalanmayacaq. Biz Avropa İttifaqı və tərəfdaşlarımızla koordinasiyada əlavə addımlar ata bilərik", - nazir qeyd edib.

Almaniya Gürcüstanın əsas ikitərəfli kreditorlarından biridir. Oktyabrın 1-nə Gürcüstanın Almaniya qarşısında xarici borcu 617,6 milyon dollar təşkil edib. Bu da Gürcüstanın ümumi xarici dövlət borcunun (9,03 milyard dollar) təqribən 7 %-ni təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam