Redaktor seçimi
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Günün xəbəri

Azərbaycan deputatları -Ermənistana GEDƏCƏK?

Gələn həftə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assemblyasiyasının (QDİƏT PA) iclası keçiriləcək. 

Yenixeber.org-un məlumatına görə, iclas Ermənistanda baş tutacaq.

Belə ki, 10-12 dekabr tarixlərində İrəvanda QDİƏT PA-nın 64-cü plenar iclası keçiriləcək.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 12 üzvü var. QDİƏT-in Parlament Assambleyası isə üzv ölkələrin milli parlamentlərinin təmsil olunduğu qurumdur. Parlament Assambleyası 1993-cü ildə təşkilatın əhatə etdiyi regionda siyasi stabilliyin möhkəmləndirilməsi məqsədilə yaradılıb. Assambleya 70 üzvdən ibarətdir. Hər ölkədən gələn nümayəndə heyətinin sayı, ölkənin əhalisinin sayına proporsionaldır. 

Azərbaycan da QDİƏT-in üzvüdür. Milli Məclisin deputatları QDİƏT PA-nın əvvəlki plenar iclaslarında aktiv iştirak edib. İrəvanda keçiriləcək iclasda Azərbaycanın təmsil olunub-olunmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, QDİƏT PA-da  Azərbaycan heyətinin sədri Eldar Quliyev, üzvləri Kamran Bayramov, Eldar İbrahimov, Musa Quliyev, Səbinə Salmanova və Mahir Süleymanlıdır.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam